İrəvan və Brüssel patrul missiyasını genişləndirir-Saziş imzalandı

Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan və Aİ-nin Ermənistandakı diplomatik missiyasının rəhbəri Vasilis Maraqos Ermənistan-Azərbaycan sərhədində  saziş imzalayıblar.

Azpost.info xəbər verir ki, bu barədə “Armenpress” yazıb.

Saziş Aİ-nin mülki müşahidə missiyasının statusu haqqındadır.

Nəşrin məlumatına görə, Aİ xarici işlər nazirləri Avropa təşkilatının Ermənistan ərazisində müşahidə missiyasının genişləndirilməsi təklifini bəyəniblər.

Ovannisyanın fikrincə, status sazişi müşahidəçilərin fəaliyyətinin daha səmərəli həyata keçirilməsinə töhfə verəcək.

“Bu missiya artıq Ermənistana sabitlik və təhlükəsizlik baxımından çox şey təklif edib. Bu gün imzaladığımız status sazişi missiyanın ölkədə mövcudluğunun müxtəlif hüquq və vəzifələrinin tənzimlənməsinə gəldikdə daha çox hüquqi müəyyənlik gətirməyə kömək edəcək”, – Maraqos bildirib.

Aİ missiyası Ermənistana 2023-cü ilin fevralında gəlib. Müşahidəçilər Ermənistan-Azərbaycan sərhədində (Ermənistan tərəfində) patrul edir.

Azpost.info

 

Əvvəlki məqalə

Rusiyada FTX əməkdaşları Çin premium avtomobillərinə keçib

Sonrakı məqalə

İraq Prezidentinin şərəfinə rəsmi nahar verilib