Bu gün yerli vaxtla saat 13.23 radələrində İrəvanda “Surmalu” Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış baş verib.
Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Hadisə yerinə 8 yanğınsöndürmə briqadası göndərilib.
“Sputnik Armenia”nın xəbərinə görə, “Surmalu” Ticarət Mərkəzində baş verən partlayış və yanğın nəticəsində ticarət mərkəzi ərazisindəki binalardan biri çöküb. Şahidlər dağıntılar altında insanların qaldığını bildiriblər.
İlkin versiyaya görə, pirotexnik malların yerləşdiyi mağazanın olduğu bina çöküb. Ermənistan Fövqəladə Hallar Nazirliyi ticarət mərkəzində partlayış nəticəsində 1 nəfərin öldüyünü, 20 nəfərin yaralandığını açıqlayıb.