İran ABŞ-da dondurulmuş 6 milyard dolların alınması ilə bağlı bütün lazımi zəmanətləri alıb.
Azpost.info xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasser Kənani deyib.
“Qanun layihəsinin qüvvəyə minməsi üçün o, Senat tərəfindən təsdiq edilməli və ABŞ prezidenti tərəfindən imzalanmalıdır. Həmçinin ABŞ İran qarşısında götürdüyü öhdəliklərə əməl etməlidir. Biz bu məsələdə bütün lazımi təminatları almışıq. Bu resurslar İran hökumətinin sərəncamında olub. İran hakimiyyətinin onlardan ehtiyaclarına uyğun istifadə etmək haqqına sahibdir”.
Azpost.info