“İran-Ermənistan sərhədi bağlansa, Tehran buna qarşı çıxacaq” –Xamenei Ərdoğana Qarabağ barədə nə dedi?

İranın ali dini lideri Xamenei Türkiyə prezidenti Ərdoğanla görüşdə Qarabağ məsələsi ilə bağlı münasibətini açıqlayıb. 

Azpost.info İRNA-ya istinadən bildirir ki, Xamneyi Qarabağın  Azərbaycana qaytarılmasından məmnunluğunu ifadə edərək deyib: “Lakin, əgər İran-Ermənistan sərhədinin bağlanması siyasəti gündəmdədirsə, İran İslam Respublikası buna qarşı çıxacaq. Çünki bu sərhəd minilliklərin kommunikasiya marşrutudur”.

Xamenei İran və Türkiyə arasında bütün regional məsələlərdə əməkdaşlığın gücləndirlməsini faydalı və zəruri hesab edib. O İran və Türkiyəni “çətin günün dostları” adlandırıb.

İran prezidenti İbrahim Rəisinin də iştirak etdiyi görüşdə Rəcəb Tayyib Ərdoğan İslam ümmətininn birləşməsini, İran və Türkiyə arasında həmrəyliyin artırılmasını zəruri hesab edib.

Əvvəlki məqalə

“İndi Avropaya qaz lazımdır, ona görə qapımızı döyürlər…” –

Sonrakı məqalə

Avropa İttifaqı ilə müqavilə Moskva və Bakı arasında gərginlik yaradacaqmı? –