“İran həyatıma ciddi şəkildə təhdid yaradır”- TRAMP

ABŞ prezidentliyinə namizəd Donald Tramp İranın onun həyatı üçün təhlükə yaratdığını bəyan edib.

Azpost.info xəbər verir ki, o bu barədə “Truth Social” hesabında yazıb.

“İran həyatıma ciddi şəkildə təhdid yaradır. ABŞ ordusu prosesi izləyir. İran artıq müəyyən addımlar atıb və uğursuzluğa düçar olub, lakin yenidən cəhd edəcək”, – Tramp qeyd edib.

Ağ Evin keçmiş rəhbərinin sözlərinə görə, hazırda o, əvvəlkindən daha çox mühafizə və silahla təmin olunub. O, ABŞ Konqresinə mühafizəsi üçün Məxfi Xidmətə əlavə vəsait ayırdığına görə təşəkkür edib.

Azpost.info

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.