“Tehran və Pekin HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsini pisləyib. İran tərəfi diqqətə çatdırıb ki, İsrailə cavab vermək üçün mütləq qanuni hüququndan istifadə edəcək”.
Azpost.info xəbər verir ki, bunu İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kani Çinin xarici işlər naziri Van İ ilə telefon danışığı barədə məlumatında bildirib.
“Biz sionist rejimin Qəzzadan kənarda gərginliyin artmasına səbəb olan hərəkətlərini – Livanda, Yəməndə təhlükəli təxribatları, həmçinin Tehranda Həniyənin qətlini müzakirə etdik”, – Baqeri Kani deyib.
Tərəflər Haniyyənin qətlini kəskin şəkildə pisləyib və İsrailin təcavüzünə son qoymaq və Qəzza zolağında dərhal atəşkəs yaratmaq üçün beynəlxalq ictimaiyyətin birgə səylərinin zəruriliyi ilə bağlı ortaq mövqe sərgiləyib.
Azpost.info