“İran polisi səfirliyin yanına gəlsə də, sonra ərazidən uzaqlaşıb”- XİN terrorun yeni detalını açıqladı

İranda səfirliyimizə silahlı hücum edən terrorçu saxlanılarkən onunla cinayətkar kimi rəftar edilməyib. İran polisinin terror aktına müdaxilə etməməsi hadisənin əvvəlcədən planlaşdırılmış olduğunu ehtimal etməyə əsas verir.

Bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bu gün keçirdiyi brifinqdə bildirib.

XİN rəsmisi qeyd edib ki, son günlər sosial şəbəkələrdə yayılmış məlumatlarda terror hadisəsinin xronologiyası ilə əlaqədar bir sıra qeyri-dəqiq şərhlərə yol verilir: “Buna əsas səbəb videogörüntülərin xronometraja səhv istinadların olmasıdır. Bununla əlaqədar bildiririk ki, səfirliyin küçəyə baxan kameralarında 24 dəqiqə erkən vaxt müşahidə olunur. Bu fərq də bəzi texniki amillərlə mövcuddur. Səfirliyin içində və çölündəki kameralarda zaman fərqi var. Bu zaman fərqi də 24 dəqiqəyə bərabərdir”.

Ayxan Hacızdə səfirliyə hücum üçün terrorçunun məhz cümə gününü seçməsinə diqqət yetirib: “İranda həmin gün istirahət günüdür. Terror aktına mane olan hər hansı halları minimuma endirmək məqsədilə özü ilə hadisə yerinə avtomat silahı, güllələrlə dolu daraq, tapança, eyni zamanda “Molotov kokteyli” və digər yandırıcı maddələr gətirməsi hadisənin əvvəlcədən planlaşdırıldığını ehtimal etməyə əsas verir”.

Əvvəlki məqalə

Dövlət Komitəsi Türkiyənin zəlzələ bölgəsində olan azərbaycanlılara

Sonrakı məqalə

“Fars dilində polisə qışqırırdım ki, kömək elə…Heç bir reaksiya verməyib”