Rusiya İranla hərbi əməkdaşlığı inkişaf etdirməkdə davam edir. İran ölkəni “Şahed” dronlarından daha güclü silahlarla təmin edə bilər.
Azpost.info xəbər verir ki, ABŞ rəsmiləri xəbərdarlıq ediblər ki, Vaşinqton Tehranın Moskvaya qabaqcıl qısa mənzilli ballistik raketlər verməyə hazırlaşmasından ehtiyat edir.
“The Wall Street Journal” yazır ki, sentyabr ayında İran ordusunun Tehranda səfərdə olan Rusiya müdafiə naziri Sergey Şoyquya “Ababil” və “Fateh-110” raketlərini göstərməsindən sonra Vaşinqtonda narahatlıq artıb.
ABŞ Milli Təhlükəsizlik Şurasından bildiriblər ki, bu səbəbdən İranın Ukraynada istifadə üçün Rusiyaya ballistik raketlər verməyi nəzərdən keçirməsindən ehtiyat edirlər.
Ukrayna qoşunlarının şiddətli müqaviməti ilə üzləşən Rusiya hazırda fəal şəkildə əlavə silah axtarır. ABŞ və Cənubi Koreya kəşfiyyatının məlumatına görə, Moskva Şimali Koreyadan 1 milyona yaxın mərmi alıb.
Azpost.info