Bakı İrana nota verdi, səfir XİN-ə çağırıldı- "Azərbaycana qarşı təxribatdır"

İşğaldan azad edilmiş Azərbaycan ərazilərinin yaxınlığında yarım saatdan çox müddət ərzində hərbi təyyarənin uçuşu Azərbaycana qarşı təxribat və qeyri-dost davranışdır.

Bu barədə Azərbaycan XİN və MN-in birgə bətanatında deyilir.

“Xatırlatmaq istərdik ki, İran tərəfi ötən il də Araz çayı boyunca Azərbaycan sərhədləri yaxınlığında genişmiqyaslı hərbi təlimlər keçirmişdi. İran tərəfini bu cür təhrikçi addımına görə şiddətlə qınayır, müvafiq izahat verməyə və gələcəkdə belə təxribatçı addımlardan çəkinməyə çağırırıq. Martın 11-də İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb və ona müvafiq etiraz notası təqdim olunub”.

Əvvəlki məqalə

İranın hərbi təyyarəsi Azərbaycan-İran dövlət sərhədi boyunca uçuş edib

Sonrakı məqalə

Daha 36 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib