“İran sərhədini bağlı saxlayaq, Rusiya ilə quru yolu açaq” –Natiq Cəfərli

“Son hucum və İranda baş verən hadisələr Azərbaycan dövlətinə tam legitim əsas verir ki, İranla quru sərhədi bağlı saxlasın”.
Azpost.info bildirir ki, bu sözləri REAL sədrinin müavini Natiq Cəfərli bildirib.
Onun sözlərinə görə,  quru sərhədlərimizin bağlı qalmasının “pandemiya” ilə əlaqədar olmadığı hamıya aydındır.
N. Cəfərli deyib ki, əsas səbəblərdən biri bölgəmizdə müəyyən proseslərin baş verməsi, gözlənilən təhlükələrlə bağlı idi. Son zamanlar İranda baş verənlər bu ehtimala görə sərhədlərin bağlı qalması fikrini gücləndirdi.
“Tehranda səfirliyimizə terror hücumu və sonra səfirliyin tam tərkibdə ölkəyə təxliyyə edilməsi doğru qərardır. Son hucum və İranda baş verən hadisələr Azərbaycan dövlətinə tam legitim əsas verir ki, İranla quru sərhədi bağlı saxlasın. Amma Gürcüstan,Türkiyə və Rusiya ilə quru yolları açsın. Əvvəl bu addım atılsaydı İrandan etirazlara formal bəhanə yaranardı, indi isə bizim tam haqqımız var ki, İranla quru sərhədləri bağlı saxlayaraq digər ölkələrlə yolları açaq – bu həm də davranışlarına, tutumuna, ölkəmizə münasibətinə görə İran rejiminə yaxşı mesaj olar”-N.Cəfərli bildirib.
Əvvəlki məqalə

“Makron dürüst deyil, bütün nüfuzunu itirib”

Sonrakı məqalə

Varikozdan əziyyət çəkənlər bu qidalardan uzaq dursun!