Tehran bütün ölkələrlə əməkdaşlığı alqışlayır, lakin təzyiqlərə boyun əyməyəcək və beynəlxalq müddəalara uyğun olaraq təcavüzkarlara cavab vermək hüququna malikdir.
Azpost.info xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian Almaniya kansleri Olaf Şoltsla telefon danışığı zamanı deyib.
“Bütün ölkələrlə qarşılıqlı əlaqələrin inkişafını alqışlayır və problemlərin danışıqlar yolu ilə həllinin vacibliyini vurğulayarıq. Lakin İran heç vaxt təzyiq, sanksiyalar, məcburiyyət və təcavüzə boyun əyməyəcək. Üstəlik, beynəlxalq müddəalara uyğun olaraq, təcavüzkarlara cavab verməyi özünün haqqı hesab edir. ”, – Pezeşkian bildirib.
Öz növbəsində Olaf Şolts bildirib ki, Almaniya İranla bütün sahələrdə əlaqələri inkişaf etdirmək istəyir. Kansler əlavə edib ki, ölkəsinin prioritetlərindən biri Yaxın Şərqdə sülh və sabitliyin bərqərar olmasıdır.
Azpost.info