“İran və Türkiyə İsrailə silah embarqosu ilə bağlı danışıqlar aparırlar”- İran XİN

İran və Türkiyə İsrailə silah embarqosu tətbiqi ilə bağlı bir sıra ölkələrlə danışıqlar aparırlar.

Azpost.info xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai bildirib.

“Silah embarqosunun tətbiqi məsələsi İslam Əməkdaşlıq Təşkilatı səviyyəsində gündəmə gətirilib. Sionist rejimə silah tədarükünü qadağan etmək məqsədilə İran və Türkiyə də daxil olmaqla bir sıra İslam ölkələri ilə danışıqlar aparılır”, – XİN rəsmisi deyib.

Bəqai ümid etdiyini bildirib ki, bu təşəbbüsə mümkün qədər çox ölkə qoşulacaq.

Azpost.info

Əvvəlki məqalə

Bakıda vağzalda yağış suyundan yaranan böyük gölməçə –

Sonrakı məqalə

“İkinci sülh sammiti Hindistanda keçirilə bilər” –