İranın şimalında Semnan ostanında 4,8 maqnitudalı zəlzələ olub.
Bu barədə İran Seysmoloji Mərkəzi məlumat yayıb.
Yerli vaxtla saat 05.16 radələrində baş verən zəlzələnin ocağı Gərmsar şəhəri yaxınlığında, 11 km dərinlikdə yerləşib.
Zəlzələ Tehran və Kərəc şəhərində də hiss edilib.
Yerli vaxtla saat 05.17-də İranın şimalında Semnan ostanında baş verən 4,8 maqnitudalı zəlzələ nəticəsində xəsarət alanlar var.
APA-nın xəbərinə görə, bu barədə Semnan ostanında Böhran Vəziyyəti üzrə İdarənin Baş direktoru Kamal Taherian məlumat verib.
Zəlzələ nəticəsində 9 nəfər xəsarət alıb.