İranda məşhur aktrisa Təranə Əlidusti saxlanılıb

İranda məşhur aktrisa Təranə Əlidusti saxlanılıb.

Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Əlidusti etirazları qızışdırmaq ittihamı ilə saxlanılıb.

Aktrisa yalan və təhrif olunmuş məlumatlar yaymaq, iğtişaşları qızışdırmaq və İran əleyhinə qrupları dəstəkləməkdə ittiham olunub.

Qeyd edək ki, Təranə Əlidusti 2016-cı ildə ən yaxşı xarici ekran əsəri nominasiyası üzrə “Oskar” mükafatını alan “Satıcı” filmindəki rolu ilə dünya şöhrəti qazanıb.

Əvvəlki məqalə

Xorvatiya millisi – dünya üçüncüsü

Sonrakı məqalə

“Rusiya İrandan “Şahid”lərin yeni partiyasını alıb”-