İranda prezident vəzifəsi üçün adı çəkilən Cəlili namizədliyini irəli sürdü –VİDEO/FOTO

İranın Milli Təhlükəsizlik Şurasının keçmiş baş katibi Səid Cəlili  prezidentliyə namizədliyini irəli sürüb. 

Azpost.info İRNA-ya istinadən bildirir ki, S.Cəlili bu gün müvafiq sənədləri Daxili İşlər Nazrliyinə  təqdim edib.

S.Cəlili İranda mühafizəkarlar qanadının aparıcı simalarından sayılır.

O, sabiq prezident Mahmud Əhmədinejadın dövründə- 2007-2013-cü illər arasında Ali Milli Təhlükəsizlik Şurasının baş katibi vəzifəsini icra edib.

Cəlili həmin vaxt  İranın nüvə danışıqlarında əsas adam olub.

Xatırladaq ki, Prezident Rəisi mayın 19-da helikopter qəzasında həlak olub.

Mayın 20-də İranda prezident seçkilərinin iyunun 28-də keçirilməsi qərara alınıb.

Seçkilərdə namizəd olmaq istəyənlər mayın 30-dan başlayaraq 5 gün müddətində Daxili İşlər Nazirliyinə müraciət etməlidirlər.

Əvvəlki məqalə

Bayden ABŞ prezidenti kimi Fransaya ilk dövlət səfərinə gedəcək

Sonrakı məqalə

Sloveniya hökuməti Fələstini dövlət kimi tanıdı