İranda 14-cü növbədənkənar prezident seçkilərində iştirak edəcək namizədlərin qeydiyyatı başlayıb.
Azpost.info xəbər verir ki, seçkilərdə iştirak etmək istəyənlər 5 gün müddətində Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayıb namizədliyini irəli sürməlidir.
İyunun 4-dən etibarən İslam İnqilabı Keşikçiləri Şurası 7 gün ərzində namizədin prezidentliyə uyğunluğunu müəyyən etmək üçün qeydə alınmış namizədlikləri nəzərdən keçirəcək.
Təsdiq edilmiş namizədlərin yekun siyahısı iyunun 11-də açıqlanacaq. Siyahı dərc edildikdən sonra hər bir namizədin təşviqat üçün 15 gün vaxtı olacaq.
Seçkilər iyunun 28-də keçiriləcək. Birinci turda heç bir namizəd səs çoxluğunu toplamasa, iyulun 5-nə ikinci tur təyin ediləcək və bu dəfə birinci turda ən çox səs toplayan iki namizəd iştirak edəcək.
Namizəd 40-75 yaş arası, İran əsilli və dövlət qurumlarında rəhbər vəzifələrdə iş təcrübəsi olan İran vətəndaşı ola bilər.
Azpost.info