İrandan Azərbaycana 11 kq narkotik keçirilməsinin qarşısı alınıb- FOTO

İyun ayının 18-də saat 15:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 11 kiloqram 350 qram narkotik vasitə marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat məlumatında deyilir.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Əvvəlki məqalə

May ayında 3200 nəfərə pensiya təyin edilib

Sonrakı məqalə

Futbol üzrə Azərbaycan millisi bir pillə irəliləyib