İranın “Pezeşkian açılımı” nə vəd edir?- TƏHLİL

Azərbaycanlı ürək həkimi, parlamentin Təbrizdən olan deputatı, sabiq səhiyyə naziri, “Quran” hafizi və “Nəhcül Bəlağə” qirətçisi, “islahatçı lider” Məsud Pezeşkian Prezident seçildi.

Bu seçim çox ciddi demarş olaraq İranın həm daxili, həm də xarici siyasət prioritetləri üçün bir sıra mesajlar verir.

İlk olaraq regionda olan beynəlxalq güclər üçün bu seçim sürpriz oldu. ABŞ Qalibafın seçiləyini təxmin edirdi. Rusiya da Qalibafın seçilməsini istəyirdi. Moskva-da, XİN-də rus diplomatlar hətta öz aralarında Qalibafı “yoldaş Qlebov” adlandırırdılar. Qalibafı SEPAH kimi möhtəşəm qüvvə dəstəkləyirdi.Pezeşkian isə o qədər də diqqət çəkmirdi. Amma hesablar fərqli oldu.

Pezeşkian hesab edir ki, İranın Rusyaya və Çinə meyllənməsi səhv siyasətdir. O İranın gələcək inkişafını Qərblə ahəngdar əməkdaşlıqda görür. Xüsusən sanksiyaların yumşalıdlması üçün ABŞ-la danışıqların tərəfdarıdır.

Pezeşkian mərhum prezident Rəisinin seçilməsi ilə İran cəmiyyətində baş qaldırmış aqressiv qarşıdurmanın aradan qaldırılması üçün ağıllı fiqurdur. O, “əxlaq polisi”nin əleydarı kimi çıxış edib və cəmiyyətin azad fikirinin ifadəsini dəstəkləyib. Pezeşkian bununla cəmiyyətidə yığılmış “etiraz buxarı”nı çıxarmaq üçün imkan oldu.

İran “dərin dövləti” “Pezeşkian gedişi” ilə yeni geopoliitk çağırışlara uyğun addımını atdı. Onun siyasi kredosu yaxın vaxtlarda məlum olacaq.

Azərbaycan üçün Pezeşkian İranla əlaqələrin yeni müstəvisini qurmaq üçün maraqlı liderdir. Ana dilində danışan bir prezidentin iki dövlət arasında münasibətlər üçün yaxşı imkanlar açacağına ümid etmək olar. Prezident İlham Əliyevin Pezeşkianı Azərbaycan Respublikasına rəsmən dəvət etməsi bu baxımdan mühüm amildir.

X.SƏFƏROĞLU

Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

“Sülh danışıqları üçün platforma təklif etməyə hazırıq” –