İraq İranla sərhəddə yerləşən “Şalamçə” Nəzarət-Buraxılış Məntəqəsinin fəaliyyətini müvəqqəti olaraq bağlayıb. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İraqın təhlükəsizlik xidməti məlumat yayıb. Bildirilib ki, Tehran hər iki ölkədəki etiraz aksiyalarına görə İraq hakimiyyətindən sərhədi bağlamasını istəyib. Qeyd edək ki, noyabrın 15-də İranda yanacağın qiyməti bahalaşıb. Buna etiraz olaraq ölkənin bir neçə şəhərində etiraz aksiyaları keçirilib.