İrəvanda polis XİN binası önünə toplaşan etirazçıları saxlamağa başlayıb

Ermənistan müxalifətinin nümayəndələri paytaxt İrəvanda etiraz aksiyası keçirirlər.

Azpost.info xəbər verir ki, Xarici İşlər Nazirliyinin binası yaxınlığında polislə etirazçılar arasında toqquşma olub.

Təhlükəsizlik qüvvələri binanın bütün girişlərini bağlayıblar. Polis etirazçıları saxlamağa başlayıb.

Xatırladaq ki, mayın 30-da Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən naminə Tavuş” müxalifət hərəkatı hökumət binası yaxınlığında etiraz aksiyasına başlayıb.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.