“İşdən çıxarılmış neftçilər iş yerlərinə qaytarılmalıdır” –Sabir Rüstəmxanlıdan xarici şirkətə sərt etiraz

Milli Məclisin deputatı Sabir Rüstəmxanlı təmsil etdiyi Neftçala rayonunda fəaliyyət göstərən, neftçıxarma şirkəti olan Qlobal Enerji Şirkətinin 30 nəfər neftçini ixtisara salmasına etiraz edib.

Azpost.info bildirir ki, deputat bildirib ki, rayonda 30 nəfər neftçinin işsiz qalması onu ciddi narahat edir: “Pandemiya dövründə işçilərin ixtisarı və ya işdən çıxarılması ölkə rəhbərliyinin qərarı ilə yolverilməz olsa da Neftçalada fəaliyyət göstərən Qlobal Enerji Şirkəti 30 nəfər neftçini ixtisara salıb. Bəhanə neftın ucuzlaşması və şirkətin maliyyə durumunun ağırlığıdır… Neftçilər bir çox təşkilatlara müraciət etsələr də məsələ həll edilməyib. Bu barədə mən Dövlət Neft Şirkətinin Prezidenti Rövnəq Abdullayevlə danışdım, lakin o da məsələni həll edə biləcəyinə söz vermədi. “Özəl şirkətdir, işlərinə qarışa bilmirik.” dedi. Halbuki, bu şirkət Azərbaycan ərazisində Azərbaycanın qanunları çərçivəsində fəaliyyət göstərməlidir.
İndiki şəraitdə 30 nəfər ailə başçısını işsiz qoymaq və hər cür sosial yardımdan kənarda saxlamaq olmaz! Bunun qarşısı alınmalı, neftçilər öz iş yerlərinə qaytarılmalıdırlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Əri ilə mübahisə edən qadın özünü beşinci mərtəbədən atıb –

Sonrakı məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi