İşğaldan azad edilmiş ərazilərdə 602 nəfərin nəşinin qalıqları tapılıb

İndiyə qədər işğaldan azad edilmiş ərazilərdə 602 nəfərin nəşinin qalıqları tapılıb.

Bunu Bakıda keçirilən Cenevrə konvensiyalarının 75-ci ildönümünə həsr olunan seminarda Baş Prokurorluğun nümayəndəsi bildirib.

O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə bu günə qədər 602 nəfərin nəşinin qalıqları tapılıb, onlardan 120 nəfərin şəxsiyyəti müəyyənləşib.