İsmayıllıda ailə dəyərlərinin təbliği mövzusunda müzakirə keçirilib

“Regional Qadın Təşəbbüsləri” İctimai Birliyi regionlarda “Ailə dəyərlərinin təbliği istiqamətində regionlarda “Bu bir çağırışdır!” adlı tədbirlərin təşkili” layihəsi çərçivəsində görüşlərini davam etdirir.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə həyata keçirilən bu layihə çərçivəsində tədbirlərdən biri Ismayıllı rayonunda keçirilib.

Tədbirə 28 nəfər valideyn qatılıb.

Tədbiri giriş sözü ilə açan Regiona qadın Təşəbbüsləri İctimai Birliyinin sədri Kubra Məmmədova bildirib ki, layihənin məqsədi valideyn və övladları arasında düzgün münasibət qurulmasını, uşaq və yeniyetmələrin həyata pozitiv baxmasını təmin etməkdir.

Daha sonra tədbirin psixoloqu Elvin Mahmudlu tədbir iştirakçılarına intiharlar və onların növləri haqqında geniş məlumatlar verib: “O, çıxışında uşaqlara qarşı necə həssas ola bilərik, hansı halda uşaq bizə intihar edəcəyini mesajını verir, onu intihardan yayındırma üçün nələr etməliyik və qarşısnı necə ala bilərik kimi suallara cavab verib.

Daha sonra iştirakçılar arasında psixoloji test keçirib, onların sualları cavablandırılıb.

Sonda mövzu ilə bağlı “Regional Qadın Təşəbbüsləri” İB-nin hazırlamış olduğu “Bu bir Çağırışdır”! adlı sosial çarxın təqdimatı keçirilib .

Tədbir iştirakçıları sosial çarx təqdimatını böyük maraqla izləyiblər.

 

 

 

Əvvəlki məqalə

Aİ Ukraynanı silahlandırmağa nə qədər pul xərcləyib?

Sonrakı məqalə

Soçidə İlham Əliyev və Putin arasında görüş başladı