Millətlər Liqasının yarımfinalında İspaniya yığması Avropa çempionu İtaliya yığmasına 2:1 hesabı ilə qalib gəlib.
Azpost.info bildirir ki, qarşılaşmanın üçüncü dəqiqəsində İspaniya millisinin və “Vilyarreal”ın 20 yaşlı hücumçusu Ceremi Pino hesabı açıb.
“Latsio”nun 33 yaşlı hücumçusu Çiro İmmobile 11-ci dəqiqədə hesabı bərabərləşdirib.
İspaniya yığmasının qələbə qolunu 88-ci dəqiqədə “Espanyol”un 33 yaşlı hücumçusu Xoselu vurub.
Finalda ispanlar əlavə vaxtda Hollandiya yığmasını 4:2 hesabı ilə məğlub edən Xorvatiya millisi ilə qarşılaşacaq.
Final iyunun 18-də baş tutacaq.