İspaniyada polis irqçilik çağırışları səsləndiyi halında futbol matçlarını dayandıracaq.
Azpost.info-nun “El País”ə istinadən verdiyi məlumata görə, İspaniya Daxili İşlər Nazirliyi azarkeşlərin irqçi davranışlarında polisin rolunu gücləndirən təlimat hazırlayıb. İndi polis hakimdən matçı müvəqqəti dayandırmağı və ya oyunu ləğvini tələb etmək hüququna malik olacaq.
Qeyd olunur ki, belə reaksiyaya “Real” Madrid-in cinah oyunçusu Vinisiusla bağlı vəziyyət səbəb olub. La Liqanın 35-ci turunun matçında “Valensiya” azarkeşlərinin braziliyalını “meymun” və “axmaq” adlandıraraq təhqir etməsi “Real Madrid” futbolçuları ilə əlbəyaxa davaya səbəb olub.
Nəticədə oyun 8 dəqiqə dayandırılıb.
Azpost.info