İsrail Ədliyyə Nazirliyi rəsmi internet saytında HƏMAS-la razılaşmaya əsasən azad edilməsi planlaşdırılan 300 fələstinli məhbusun siyahısını dərc edib.
Azpost.info xəbər verir ki, bu şəxslər oktyabrın 7-də Qəzza zolağında baş verən hadisələr zamanı əsir götürülən girovlarla dəyişdiriləcək.
Hökumətin qərarına əsasən, azadlığa buraxılmalı olan məhbusların siyahısı tərtib edilib.
Məlumdur ki, İsrail Ədliyyə Nazirliyinin siyahısında 300 fələstinli məhbus haqqında məlumatlar var ki, bu da Təl-Əvivin Qəzza zolağında saxlanılan 50 girov müqabilində ilkin olaraq azad etməyə razılaşdığı rəqəmdən iki dəfə çoxdur.
Daha əvvəl Baş nazir Benyamin Netanyahunun ofisi bəyanat yayaraq bildirmişdi ki, ölkə hökuməti bir neçə saatlıq xüsusi iclasdan sonra dörd gün ərzində Qəzza zolağından ən azı 50 girovun geri qaytarılmasını nəzərdə tutan planı təsdiqləyib.
Azpost.info