İsrail humanitar fasilənin uzadılmasına qərar verib- CNN

İsrail Baş nazirinin ofisi HƏMAS-a qarşı hərbi əməliyyatlarda humanitar fasilənin uzadılacağını açıqlayıb.

Azpost.info xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bunun müqabilində HƏMAS 10 israillini azad etməlidir.

Qəzza zolağında humanitar fasilənin daha bir gün uzadılması ilə bağlı məlumatı danışıqlarda vasitəçi qismində çıxış edən Qətər Xarici İşlər Nazirliyi də təsdiqləyib.

Çərşənbə günü axşam Qəzza zolağında 10 girov – İsrail vətəndaşları və Tailand pasportu olan daha dörd nəfər azad edilib. Bunun müqabilində 30 fələstinli İsrail həbsxanalarından azad edilib. Onların arasında 15 qadın və 15 yeniyetmə var.

Azpost.info

Əvvəlki məqalə

“Ukrayna NATO-ya üzv olmaya bilər”

Sonrakı məqalə

Qızılca ilə əlaqədar təhlükəli vəziyyət olsa, qapanmalara gedilə bilər