“İsrail ilə əməkdaşlıq ortaq maraqlara əsaslanır” –CEYHUN BAYRAMOV

Ölkələrimiz arasında əməkdaşlıq qarşılıqlı anlaşmaya, hörmətə və ortaq maraqlara əsaslanır.

Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov israilli həmkarı Eli Kohenlə görüşdən sonra mətbuata birgə bəyanatında bildirib.

“Xalqlarımız arasında yaxın əlaqələr münasibətlərimizin vacib elementidir. Biz 2021-ci ildə İsraildə turizm və ticarət ofisi açdıq. Daha sonra səfirliyin açılmasına qərar verdik. Bu, əməkdaşlığımızda dinamik göstəricidir. Qarşılıqlı səfərlər münasibətlərimizin daha da genişlənməsində əhəmiyyətli rol oynayır. Yanvar ayında İsrailin Avrasiya ölkələrindəki səfirlərinin iclası Bakıda keçirildi, bu, tərəfdaşlığın və dostluğun ən böyük göstəricisidir”, – Ceyhun Bayramov qeyd edib.

Əvvəlki məqalə

“Biz İrana qarşı birgə hərəkət etməliyik” –

Sonrakı məqalə

Mayk Pompeo gələn həftə Ukraynaya səfər edəcək