İsrail nümayəndə heyəti yaxın saatlarda Dohada danışıqlara başlayacaq

İsrail nümayəndə heyəti yaxın saatlarda Qəzzada vəziyyətin həlli ilə bağlı Dohada danışıqlara başlayacaq.

Azpost.info xəbər verir ki, nümayəndə heyətinə HƏMAS-la razılıq əldə etmək üçün geniş səlahiyyətlər verilib.

Bu barədə İsrail Baş naziri Benyamin Netanyahunun ofisinin müşaviri Dmitri Gendelman məlumat verib.

O bildirib ki, bu gün axşam İsraildə Dohada danışıqların gedişinə nəzarət edəcək hərbi-siyasi kabinet çağırılacaq.

Azpost.info

Əvvəlki məqalə

Sabiq deputat Hüseyn Abdullayevin məhkəməsi başlayıb

Sonrakı məqalə

Sabah Bakı şəhəri üzrə içməli suyun təchizatı bərpa ediləcək