İsrail hərbçiləri Qəzza zolağının mərkəzində BMT-nin idarə etdiyi Əl-Cauni məktəbini bombalayıb. 18 nəfər ölüb.
Azpost.info bildirir ki, bu barədə “Əl-Cəzirə” xəbər verir. Şahidlər İsrailin hücumu nəticəsində qadın və uşaqların parça-parça olduğunu bildiriblər.
Partlayış qurbanlarından 6-sı BMT-nin Fələstinli Qaçqınlar üzrə Agentliyinin (UNRWA) əməkdaşlarıdır. Onların arasında uşaq evinin məktəbinin müdiri də var.
Agentlik boldirib ki, bu, 11 ay davam edən müharibədə şəxsi heyət arasında ən yüksək ölüm sayı olduğunu bildirib.