İsrail Qəzzada əməliyyatın yeni mərhələsi üçün planı təsdiqlədi

İsrail ordusu zolağın şimal hissəsində döyüşlər başa çatdıqdan sonra Qəzzada əməliyyatın yeni mərhələsi üçün planı təsdiqləyib.

Azpost.info xəbər verir ki, bunu ölkənin ehtiyat qüvvələrinin sözçüsü Conatan Konrikus deyib.

Onun sözlərinə görə, bu, Qəzzada HƏMAS-ın qalıqlarının məhv edilməsi ilə bağlıdır.

“Döyüşlərin növbəti mərhələsi Qəzza zolağının şimalında HƏMAS-ın qalıqlarını bitirməyə həsr olunacaq. Qəzzanın şimalında hələ də ciddi döyüşlər gedir. Lakin bu gec-tez bitəcək”, – Konrikus bildirib.

Azpost.info

Əvvəlki məqalə

“Azərbaycanda qadın hüquqlarının təmin olunması daim diqqət mərkəzindədir”

Sonrakı məqalə

İraq Prezidenti Azərbaycana rəsmi səfərə gəlib