İsrail Təhlükəsizlik Akademiyası Azərbaycan xalqını təbrik edirb

İsrail Təhlükəsizlik Akademiyası: Dost və qardaş Azərbaycan dövlətini və xalqını Bayrağı Günü münasibətilə təbrik edirik

Bayraq hər bir ölkənin qüruru və dövlətçiliyin əsas atributudur. Bayraq bir ölkənin varlığı deməkdir. Odur ki‚ bayraq həm də müqəddəslik simvoludur.

Bu sözlər İsrail Təhlükəsizlik Akademiyasının 9 Noyabr- Dövlət Bayrağı Günü ilə bağlı Azərbaycan dövlətinə və xalqına təbrikində yer alır.

Təbrikdə deyilir: “Dost və qardaş Azərbaycan xalqını və dövlətini 9 Noyabr- Dövlət Bayrağı Günü münasibətilə səmimi qəlbdən təbrik edirik. 1918-ci il ilin noyabrın 9-da müsəlman Şərqində ilk demokratik və hüquqi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilən üçrəngli Azərbaycan bayrağı 1920-ci ildə sovet işğalı nəticəsində ləğv edildi. 70 illik sovet əsarətinin sonuna yaxın hələ Sovetlər İttifaqının dağılmasından 11 ay öncə 1990-cı ilin noyabrın 17-də Azərbaycan xalqının dahi oğlu Heydər Əliyev tərəfindən üçrəngli Azərbaycan bayrağı Naxçıvan Muxtar Respublikasının Ali Məclisində qəbul edilərək müstəqillik rəmzi və əlaməti olaraq səmaya ucaldıldı.
Dövlət bayrağının ulu öndər Heydər Əliyev tərəfindən qəbul edilərək ucaldılması‚ məhz Azərbaycanın müstəqilliyinin əsasının qoyulması və istiqlaliyyətinin bərpası oldu.
Bütün dost və qardaş Azərbaycan dövlətini və xalqını müstəqilliyinin və suverenliyinin əsasını təşkil edən üçrəngli Dövlət bayrağının qəbul edilməsi münasibətilə səmimi qəlbdən təbrik edir, əmin-amanlıq və firavanlıq arzu edirik. Dövlət Bayrağı Gününüz mübarək olsun!”

Əvvəlki məqalə

“Rusiya müharibə zamanı ən azı 100 min əsgərini itirib”

Sonrakı məqalə

Azad edilmiş ərazilərdə işləyən sahibkarlar 10 il vergilərdən azad olunacaq –