İsrail tərəfi 39 fələstinlini həbsdən azad edib

İordan çayının qərb sahilindəki Ofer həbsxanası Qəzzada israilli girovların dəyişdirilməsinin birinci mərhələsi çərçivəsində 39 fələstinli məhbusu azad edib.

Azpost.info xəbər verir ki, bu barədə Fələstin Administrasiyasının həbsxana xidmətinin rəhbəri Kadura Fares bildirib.

Onun sözlərinə görə, iki avtobus Ramallaha gedib. Fələstinliləri orada yaxınları qarşılayıb.

“Haaretz” xəbər verir ki, 33 keçmiş məhbus Ramallah yaxınlığındakı Beytuniya keçid məntəqəsinə, daha 6 nəfər isə Qüdsə aparılıb.

Azpost.info

Əvvəlki məqalə

Premyer Liqa:

Sonrakı məqalə

Beynəlxalq axtarışda olan şəxs Belarusdan Azərbaycana ekstradisiya olunub