Amerikalı məşhur müğənni Madonna Londonda konserti zamanı özünü Ukrayna bayrağına bürüyüb.
Bu barədə Sky News-Arabia telekanalı məlumat yayıb.
Bildirilir ki, müğənni bunu “Don’t Cry For Me Argentina” mahnısını ifa edərkən edib.
Konsertdə həmçinin Madona Fələstin-İsrail münaqişəsindən danışıb və baş verənləri “ürək ağrıdıcı” adlandırıb: “İsrail və Fələstində baş verənləri seyr edərkən hamımız əziyyət çəkirik . Uşaqların, yeniyetmələrin, qocaların necə əziyyət çəkdiyini görəndə ürəyim parçalanır. Bütün bunlar ürək ağrıdır”.