İsrailin təhlükəsizlik naziri Qəzza ilə bağlı danışıqları dayandırmağa çağırıb

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir HAMAS-ın altı girovun öldürməsinə görə ölkəsini Qəzzada atəşkəslə bağlı danışıqları dayandırmağa çağırıb.

Bu barədə o, “X”də bildirib.

Nazir qeyd edib ki, altı girovu soyuqqanlılıqla qətlə yetirilən ölkə danışıq aparmır: “Danışıqları, eləcə də yanacaq və elektrik enerjisinin ötürülməsini dayandırır, onları təslim olanadək əzir”.

“Danışıqların davam etdirilməsi onları daha çox terror aktı törətməyə təşviq edir” , – deyə nazir bildirib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.