İsraillə HƏMAS arasında atəşkəsin başlanması niyə ləngiyir?- “The Wall Street Journal” açıqladı

İsrail və HƏMAS arasında atəşkəsin başlamasının ləngiməsi siyahılardakı məhbuslarla bağlı məlumatların tam olmaması ilə bağlıdır.

Azpost.info xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazır.

Nəşrin məlumatına görə, fələstinlilər əvvəllər tərəflərin razılaşdırdıqları bütün məlumatları verməyiblər.

Nəşr qeyd edir ki, HƏMAS İsrail tərəfinə adlarını, cinsini və vətəndaşlığını göstərən 50 nəfərin siyahısını göndərib. Bununla belə, girovların bəziləri haqqında lazımi məlumatlar çatışmır ki, bu da onların Qəzza zolağından çıxarılması prosesini çətinləşdirə bilərdi. Ona görə də siyahılar İsrail tərəfindən natamam hesab edilib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.