İstanbul-Bakı təyyarəsinin ön şüşəsi çatlayıb

Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-076 nömrəli İstanbul-Bakı reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən (ön şüşənin çatlaması) uçuş hava limanına qayıtmaq qərarına gəlib.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən verilən məlumata görə, təyyarə yerli vaxtla saat 14:50-də İstanbul hava limanına uğurla eniş edib.

Sərnişinlərin daşınması üçün Bakıdan digər təyyarə yola düşəcək.

Əvvəlki məqalə

Su basmış magistral yolda nəqliyyatın hərəkəti bərpa edilib –

Sonrakı məqalə

“Hyundai” ABŞ-da 5,5 milyard dollara zavod tikir