İstanbulun məşhur küçəsində partlayış olub –Ölən və yaralananlar var / VİDEO

İstanbulun məşhur İstiqlal küçəsində partlayış baş verib.

Bu barədə yerli media məlumat yayıb. Hadisədən sonra əraziyə çoxlu sayda təcili yardım və polis briqadaları göndərilib.

İstanbul valisi Əli Yerlikaya hadisə ilə bağlı açıqlama verib.

APA Türkiyə mediasına istinadən bildirir ki, Yerlikaya açıqlamasında bunları deyib:

“Bu gün saat 16.20 radələrində Beyoğlu bölgəsində Taksim İstiqlal küçəsində partlayış baş verib. Hadisə yerinə polis, yanğınsöndürənlər, təcili yardım və xilasedicilər cəlb olunub. Ölən və yaralananlar var. Hadisələr ictimaiyyətlə paylaşılacaq”.

Partlayışın səbəbi hələlik məlum deyil.

Əvvəlki məqalə

Dövlət qulluğu üzrə test imtahanı keçirilib

Sonrakı məqalə

İstanbulda partlayışda 6 nəfər ölüb, 53 yaralı var –