“”İstisu”nun qiymətində endirim qaçılmazdır” –Marketoloqdan "niyə bahadır?" sualına cavab

“”İstisu” brendinin uzun müddət ərzində Azərbaycan bazarında istehlakcılar arasında içiləcək su markası olacağına inanmıram. Digər su markaları ilə rəqabətə girmək üçün qiymət endirimi qaçılmazdır”.

Azpost.info bildirir ki, bu barədə marketoloq Anar Əsədov yeni satışa çıxarılmış Kəlbəcərin müalicəvi suyunun qiyməti haqqında şərhində bildirib.

O, “İstisu”nun baha satılmasını qablaşdırma xərcləri ilə izah edib.  A.Əsədovun sözlərinə görə, bəzi detallar tətbiq olunsa qiyməti ucuzlaşdırmaq olar.

Marketoloqun fikrincə, ilk öncə qablaşdırmanın və qapağın qalınlığı azaldıla bilər. Hazırda daha incə qapaqlar bazarda 0.013 AZN-ə satılır. Nazik butulkalar isə 0.06-0.07 AZN-dir: “Amma “İstisu” brendi 0.025 AZN-dən baha olan qalın qapaq, 0.10 AZN-dən baha olan qalın butulkaların istifadə olunub. Hər “TIR”-da 28 palet -yəni 1680 qutu 1 L olmalıdır. Qablaşdırma hündür olduğu üçün qutu şəklində bağlama olacağından əlavə olaraq sellafon istifadə olunur. Məhsulların logistik xərcini də nəzərə almaq lazımdır: Bir “TIR” Kəlbəcərdən Bakıya 900 AZN-ə gəlir. Bunların hər biri mövcud olan baha qiymətin formalaşmasına gətirib çıxarır”.

“İstisu brendinin uzun müddətə Azərbaycan bazarında istehlakcılar arasında tərcih edilən su markası olacağına inanmıram. Digər su markaları ilə rəqabətə girmək üçün qiymət endirimi qaçılmazdır” -deyə ekspert bildirib.

Əvvəlki məqalə

Millətlər Liqası:

Sonrakı məqalə

DSMF-nin xərcləri 551 mln manat artıb