İsveç Ukraynaya 680 milyon dollar dəyərində hərbi yardım ayıracaq.
Azpost.info xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Paul Yunson bildirib.
Onun sözlərinə görə, bu, Stokholmun Kiyevə göndərdiyi ən böyük yardım olacaq.
“Biz Ukraynaya 7,1 milyard İsveç kronu məbləğində hərbi yardım göndərəcəyik”, – Yunson deyib.
Ümumilikdə İsveç Ukraynaya 2,9 milyard dollarlıq hərbi yardım göndərib. Yeni ayrılan vəsaitin bir hissəsi Ukrayna ordusunun təliminə və zirehli texnikanın alınmasına yönəldiləcək.
Azpost.info