İsveçdə işçilər “Tesla”ya qarşı etiraz tətilinə başladı –İlon Mask onlara "ağılsız" dedi

Oktyabr ayının sonundan etibarən İsveçdə Metallurgiya sənayesi işçilərinin həmkarlar ittifaqı (“İF Metall”) “Tesla” şirkətinin bütün avtomobil təmiri və xidməti mərkəzlərində tətilə başlayıb.

Azpost.info Azərtac-a istinadən xəbər verir ki, “İF Metall” ittifaqı “Tesla”nın kollektiv müqavilə imzalamasını tələb etsə də, Amerikanın avtomobil nəhəngi bu tələblə razılaşmayıb.

“Onların müqavilə imzalamaq hüququ yoxdur. Bu, İlon Maskın əmridir. İsveçdəki şirkətin ümumiyyətlə, fəaliyyət azadlığı yoxdur” – deyə, vasitəçi Kurt Eriksson tətili şərh edib.

“Tesla” bir müddət bundan əvvəl bəyan edib ki, şirkətin dünyanın heç bir yerində kollektiv müqaviləsi mövcud deyil və bununla bağlı qərar İsveçdə yox, başqa yerdə qəbul edilməlidir.

Sonuncu dəfə tərəflər 6 noyabrda görüşüblər və nəticədə danışıqlar heç bir nəticə verməyib.

İlon Mask isə öz növbəsində İsveçdəki tətili şərh edib. “Bu ağılsızlıqdır” – deyə, o “X” sosial şəbəkəsində “Tesla” avtomobillərinin tətilə görə yeni nömrə nişanları ala bilməyəcəyinə dair paylaşımın altında yazıb.

Əvvəlki məqalə

Yardımlıda dərədən avtomat və tüfənglər tapılıb

Sonrakı məqalə

Avropa İttifaqı Macarıstana 900 milyon avro ayıracaq