İTV ilə Vüqar Səfərli arasında foto qalmaqalı:"Onların cavabı tezliklə veriləcək”

İctimai Televiziyada yayımlanan “3D” proqramında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun (KİVDF) İcraçı direktoru Vüqar Səfərli təsvir edilib və fotonun altında “Axtarılır” yazılıb.

Bununla bağlı bildirilir ki, Dadaş Dadaşlinski KİVDF-nin icraçı direktorunu verilişə dəvət etsə də, o, müxtəlif bəhanələr gətirərək bundan imtina edib. Telefon zənglərinə cavab verməyən V.Səfərli haqqında Dadaşlinski özünəməxsus şəkildə axtarış elanı verib.

Məsələylə bağlı “Gununsesi”nə açıqlamasında Vüqar Səfərli deyib ki, İTV onu həmin verilişə cəmi 1 dəvət edib: “Mən də imtina etdim. Bildirdim ki, kukla ilə mənim üz-üzə əyləşmək fikrim yoxdur. Əgər İctimai Televiziya mənim şəklimi divara yapışdırıb, axtarışda olmağımla bağlı görüntülər yayımlayıbsa, bu, tərbiyəsizlikdir. Onların cavabı tezliklə veriləcək”.

KİVDF rəsmisi bildirib ki, əgər telekanal onun müsahibə verməsində maraqlıdırsa, o zaman canlı yayım təşkil etsinlər.

“Əgər onlar üçün mənim müsahibə verməyim maraqlıdırsa, o zaman canlı yayım təşkil etsinlər və canlı yayımda mən onların bütün suallarına cavab verməyə hazıram. Ancaq bu kukla ilə çəkilən verilişlərdə onlara sərf edən hissələr montaj edilir. Və efirə həmin hissələr verilir. Mən onlardan tələb edirəm, buna razıdırlarsa, məmnuniyyətlə onların efirinə çıxmağa hazıram. Ancaq onların bu etdiyi nə jurnalist etikasına, nə başqa bir dəyərlərə uyğundur. Axtarış barədə qərarı hüquq-mühafizə orqanları verəcək”, – deyə Vüqar Səfərli qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Nazirlər ailə üzvləri ilə Polad Bülbüloğlunun yubileyində iştirak edib –

Sonrakı məqalə

Azərbaycan Prezidenti İlham Əliyev 6 saylı seçki məntəqəsində səs verib