İyunun 2-də keçirilən qəbul imtahanlarında 11 nəfərin nəticəsi ləğv edilib

I və IV ixtisas qrupları üzrə iyunun 2-də keçirilən qəbul imtahanında iştirak etmək üçün ərizə təsdiq etmiş 35966 abituriyentdən (I qrup üzrə 30058 nəfər, IV qrup üzrə 5908 nəfər) 1871 nəfər (I qrup üzrə 1707 nəfər, IV qrup üzrə 164_ nəfər) imtahanda iştirak etməyib.

Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, imtahanda iştirak edən abituriyentlərdən 11 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Əvvəlki məqalə

Xocalıda 32 il əvvəl yarımçıq qalmış “Son zəng” çalındı –

Sonrakı məqalə

NATO Baş katibi gələn həftə ABŞ-a gedəcək, Baydenlə görüşəcək