Jurnalist Cəmil Məmmədli həbs edilib

Xuliqanlıqda ittiham olunan jurnalist Cəmil Məmmədli həbs edilib.
Azpost.info bildirir ki, bu barədə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi qərar qəbul edib.
Bu gün keçirilən hazırlıq iclasında prokuror təqsirləndirilən şəxsin istintaqın gedişinə mane olduğunu, zərərçəkmişlərə təsir etdiyini əsas gətirərək həbs edilməsinin zəruri olduğunu deyib.
Məhkəmə vəsatəti əsaslı hesab edib.
Qərara əsasən C.Məmmədli barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib.
Cəmil Məmmədli ittihamlarla razı olmadığını və ona böhtan atıldığını bildirmişdi.
Azpost.info
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.