Kəlbəcərdə selin apardığı sürücünün meyiti tapılıb

Kəlbəcərdə yük maşınının çaya aşması nəticəsində selin apardığı sürücünün meyiti tapılıb.

Bunu DİN-in Mətbuat Xidmətinin regional qrupunun baş inspektoru Eşqin Qasımov APA-nın yerli bürosuna açıqlamasında bildirib. Onun sözlərinə görə, aparılan axtarışlar nəticəsində ölən sürücü Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Rəhim Şahbazovun cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.
Kəlbəcərdə yük maşının çaya aşması nəticəsində sürücünü sel aparıb.
Əvvəlki məqalə

Bakıda gələn ilki “Formula 1” sentyabrda olacaq

Sonrakı məqalə

İranın İsrailin hərbi obyektlərinə hücum tarixi açıqlanıb