Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 7 362,4 mln. manat təşkil edib ki, onun da 3 631,3 mln. manatı heyvandarlıq, 3 731,1 mln. manatı isə bitkiçilik məhsullarının payına düşüb.
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 7,1%, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,2%, bitkiçilik məhsulları üzrə isə 11,3% artıb.
Ölkədə kənd təsərrüfatı məhsullarının yığımı başa çatmaq üzrədir və dekabr ayının 1-nə kimi dənlilərin və dənli paxlalı bitkilərin (qarğıdalısız) 1 039,5 min hektar əkin sahəsindən 3 253,0 min ton və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,3% çox məhsul götürülüb.