“Kəlbəcər və Zəngilanın qızıl yataqlarının işlənməsi ilə bağlı müraciət daxil olmayıb” –“AzerGold"dan təkzib

Bu gün bəzi yerli kütləvi infomasiya vasitələrində “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti və xarici şirkətlə birgə konsorsiumun təsis edilməsi və işğaldan azad edilən ərazilərdə qazıntı işlərinin aparılmasına dair planların olması haqqında xəbərlər yayılıb.

AZƏRTAC QSC-nin “Facebook” səhifəsinə istinadla xəbər verir ki, ölkəmizdə qızılçıxarma sənayesinin yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının bir sıra qızıl yataqlarının kəşfiyyatı və işlənməsi barədə ” 1996-cı il 5 fevral tarixli Sərəncamına uyğun olaraq 1997-ci il avqustun 20-də keçmiş “Azərqızıl” dövlət şirkəti ilə ABŞ-ın “RV Investment Group Sevrvices LLS” arasında Kəlbəcər rayonun Zod (Söyüdlü), Qızılbulaq və Zəngilan rayonunun Vejnəli qızıl yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb.

Güman edilir ki, sözügedən ləğv edilmiş “Azərqızıl” dövlət şirkəti ilə “AzerGold” QSC assosiasiya edilərək səhvə yol verilib. Qeyd edək ki, adları çəkilən yataqların işlənməsi ilə bağlı QSC-yə indiyədək hər hansı bir müraciət daxil olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Teledərslərin noyabrın 19-na olan cədvəli

Sonrakı məqalə

Azərbaycan yığmasının Millətlər Liqasındakı yeri dəqiqləşib