Kamala Harris rəqibi Donald Trampı 5 faiz qabaqlayır –SORĞU

ABŞ-ın vitse-prezidenti Kamala Harris respublikaçı rəqibi Donald Trampı 5 faiz qabaqlayır.

Azpost.info bildirir ki, bunu NBC News-un sorğusunun nəticələri sübut edir.

Sorğu Demokratların prezidentliyə namizədi olduqdan sonra respondentlərin Harrisə daha müsbət baxdığını göstərib.

Respondentlərdən Harris namizəd olduqdan sonra ona necə münasibət bəslədiklərini soruşulub, qeydiyyatdan keçmiş 1000 seçicinin 48%-i müsbət rəydə olduqlarını bildiriblər.

Telekanalın məlumatına görə, Tramp haqqında suala sorğuda iştirak edənlərin 40%-i onun haqqında müsbət fikirdə olduqlarını bildirib.  Sentyabrın 13-17-də keçirilən sorğuda səhv nisbəti 3 faiz bəndi təşkil edir.

Milli sorğular seçicilərin fikirləri ilə bağlı mühüm siqnallar versə də, hər bir ştatda Seçicilər Kollegiyasının səsverməsi qalibi müəyyən edir.

Əvvəlki məqalə

7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktorun məhkəməsi təxirə düşüb

Sonrakı məqalə

SEPAH hərbçilərinə rabitə vasitələrindən istifadəni qadağan edib