Kamran Əliyev Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini təyin edilib –

ƏMR
16 Oktyabr 2020 - 12:20

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri, polkovnik Kamran Əliyev yeni vəzifəyə təyin olunub.

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, K. Əliyev Baş Dövlət Yol Polisi İdarəsi rəisinin müavini və Qeydiyyat, İmtahan İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

K. Əliyev APA-ya açıqlamasında faktı təsdiqləyib.