Avqustun 7-də kanadalı diplomatların ailələri İsraili tərk edərək İordaniyaya gedəcəklər.
Azpost.info xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.
Artıq Kanadanın Təl-Əvivdəki səfirliyi İsrail Xarici İşlər Nazirliyini bu barədə məlumatlandırıb.
Məlumata görə, təhlükəsizlik vəziyyətinin pisləşməsi və İrandan gözlənilən hücuma görə Kanada diplomatlarının ailələrini İsraildən təxliyə etmək qərarına gəlib.
Azpost.info